Rusiya Aralıq dәnizinә tәyyarә gәmisi göndәrmәyi planlaşdırır

Rusiyanın  Müdafiə naziri Sergey Şoyqu  Aralıq Dənizinə təyyarə gəmisi göndərməyi planlaşdırdıqlarını deyib.

574827
Rusiya Aralıq dәnizinә tәyyarә gәmisi göndәrmәyi planlaşdırır

Müdafiə Nazirliyində keçirilən  toplantıda çıxış edәn  Şoyqu: ‘‘Hazırda şәrqi Aralıq dәnidindә  Rusiyaya aid  6 döyüş gәmisi ilә 3-4 әdәd kömәkçi gәmisi var. Hәrbi gücü artırmaq üçün ‘‘Admirak Kuznetsov’’ adlı   tәyyarә gәmisini  bölgәyә göndәrmәyi  planlaşdırırıq’’ deyә bildirib.

 Daha әvvәl Rusiya mәtbuatında yer alan  xәbәrlәrdә  Rusiyanın  yeganә döyüş gәmisi ‘‘Admiral Kuznetsov’’un Suriyadakı  әmәliyyatlarda  istifadә edilmәk üçün  Aralıq dәnizinә göndәrilәcәyi  bildirilmişdi.

Digәt tәrәfdәn  Rusiya Müdafiә Nazirliyinin sözcüsü  İqor Konaşenkov Amerika Birlәşmiş Ştatlarının   rәhbәrliyindәki  koalisiya  qüvvәlәrinә aid pilotsuz uçuş  aparatının  Hәlәbә bağlı  Urum  әl-Kubra  bölgәsindә sentyabrın 19-da BMT vә  Suriya Qırmızı Aypara Cәmiyyәtinә mәxsus  humanitar yardım konvoyuna  hücum  tәşkil olunduğu zaman  bölgәdә uçduğunu iddia edib.

Konaşenkov koalisiya qüvvәlәrinә aid pilotsus uçuş  aparatının  İncirlik bazasından havaya qalxdığını irәli sürәrәk: ‘‘ Pilotsuz uçuş  aparatı  sentyabrın  19-da  konvoyun keçdiyi bölgәdә 3 min 600 metr yüksәklikdә vә tәxminәn 200 km sürәtlә  uçurdu. Pilotsuz uçuş aparatı  hadisә  baş vermәzdәn  bir neçә dәqiqә әvvәl  bölgәyә daxil oldu vә tәxminәn yarım saat sonra bölgәni tәrk etdi’’ deyә bildirib.

Qeyd edәk ki, humanitar yardım konvoyuna tәşkil olunan  hava hücumu nәticәsindә 20 mülki vәtәndaş hәyatını itirmişdi.

 



Әlaqәli Xәbәrlәr