“Dünya ictimaiyyəti ümumilikdə təxminən 13,6 trilyon dollar itirib”,P.Gi.Mun

BMT baş katibi 2015-ci ildə zorakılıq və münaqişələr səbəbindən dünya ictimaiyyətinin ümumilikdə təxminən 13,6 trilyon dollar itirdiyini bildirib.

575143

BMT-nin Baş katibi Pan Gi Mun bu düşüncəsini sentyabrın 21-də beynəlxalq təşkilatın Dünya Quruculuğu Fonduna dəstək üzrə keçirilən konfransında dilə gətirib.

Beynəlxalq  ictimaiyyəti BMT-nin Dünya Quruculuğu Fonduna daha çox vəsait köçürməyə çağıran Baş katib deyib ki, sadəcə 2015-ci ildə beynəlxalq ictimaiyyət sülhməramlı əməliyyatlara, həmçinin qaçqınlara və münaqişələr səbəbindən zərər çəkən insanlara etdiyi humanitar yardımlara 34 milyard dollar xərcləyib.

Təhlükəli səviyyəyə çatan iqlim dəyişikliyi, iqtisadi və maliyyə böhranları, artan qeyri-bərabərlik və gənclər arasında işsizlik probleminin münaqişələrə səbəb olduğunu bildirən baş katib vurğulayıb ki, bu da insanlara güclü təzyiq edir. Dövlətlər arasında müharibələr azalsa da, ölkələrdə daxili toqquşmalar baş verir və uzun müddət davam edir.

Әlaqәli Xәbәrlәr