ASEAN Ticarət və İnvestisiya Sammitinǝ start verilib

Cənub-Şərqi Asiya Ölkələr Birliyinin (ASEAN) Ticarət və İnvestisiya Sammitinǝ Laosta start verilib.

566138
ASEAN Ticarət və İnvestisiya Sammitinǝ start verilib

 ASEAN-ın 2016 dövr başçısı Laos Xalq Demokratik Respublikasının Baş naziri Thongloun Sisoulith Sammitin açılış mǝrasimindǝ etdiyi çıxışında birliyin yalnız ASEAN-da yaşayan 620 milyon ǝhalinin yox, Asiyadan başqa qitǝdǝ yaşayanların da istifadǝ edǝ bilǝcklǝri imkanlara sahib olduğunu ifadǝ edǝrǝk, ASEAN-ın 2030-ci ildə dünyanın dördüncü böyük iqtisadiyyatı olmağa namizəd olduğunu vurğulayıb.

ASEAN-ın 2015-ci il etibarilə istehsal sektorunda 2,43 trilyon dollar gǝlir ǝldǝ edǝrǝk dünyanın 6-cı böyük iqtisadiyyatı mövqeyini  ǝldǝ  etdiyini xatırladan Baş nazir Sisoulith: “Proqnozlara görǝ, 7% iqtisadi böyümǝ davam edǝrǝk 2020-ci ildǝ gǝliri 4,7 trilyon dollara çatacaq”.

Qeyd edǝk ki, ASEAN, 8 Avqust 1967-ci ildə Malayziya, İndoneziya, Filippin, Tayland və Sinqapurun iştirakı ilǝ yaradılıb. 1984-dǝ Bruneyin, 1995-ci ildə Vyetnamın, 1997-ci ildə isǝ Laos və Myanmanın, 1999-cu ildə isǝ Kamboçanın da qatılması ilǝ üzv sayı 10-a yüksəldi. Təxminən 620 milyon əhaliyə sahib ASEAN bölgəsi 4,5 milyon kvadrat kilometr ǝrazini ǝhatǝ edir. ASEAN təşkilatının hədəflərinin başında bölgə ölkələrinin iqtisadi inkişafına təkan vermǝk, ictimai və mədəni inkişaf, mǝhs bölgədə sülh və sabitliyi bǝrpa etmǝk gedir.



Әlaqәli Xәbәrlәr