Almaniyada irqçilərin törətdiyi cinayətlər artmaqdadır

NSU terror təşkilatının məscidlərə, sığınacaq yerlərinə hücumu nəticəsində ilin ilk altı ayının hesabatına görə 6 min 548 cinayət qeydə alınıb.

547880
Almaniyada irqçilərin törətdiyi cinayətlər artmaqdadır

Bu barədə Almaniyanın Federal Asayiş İdarəsi rəsmi məlumat yayıb. Məlumata görə ötən ilin eyni dövründə irqçilər tərəfindən törədilən cinayətlərin sayı isə 5 min 496 olub.

“Qurdların qayıdışı” adlı sərgisi ilə Almaniyada getdikcə artmaqda olan irqçilik meyillərinə diqqəti çəkmək istəyən sənətkar Rainer Opoloska məsələnin son dərəcə həssas və ciddi olduğunu bildirib:

“1990-cı ildən etibarən Almaniyada irqçilər tərəfindən təxminən 180 cinayət hadisəsi baş verib. Neonasist qrupun zorakılıqlarını yaşadıq, qaradərililər, türklər, digər əcnəbilər öldürüldü. Bu isə xarici ölkələrlə münasibəti pisləşməyə doğru apardı. İrqçilik hər yerdə var. Almaniyada irqçi partiyaların xaricilərə qarşı düşmən münasibəti ictimayyətə də təsirini göstəriri. Bu məsələnin ciddiliyini başa düşməliyik. Mən sənətimlə bu təhlükəyə diqqəti çəkməyə çalışıram”-deyə sənətkar bildirib.

Almaniyanın Paytaxtı Berlində sərgilənən  nəhəng qurd heykəli tamaşaçıların böyük marağına səbəb olub. Sənətkar sərginin irqçi hücumları nəticəsində həyatını itirənlərə həsr etdiyini deyib. Qurd heykəllərinin satışından əldə ediləcək gəlir Almaniyada yaşayan qaçqınlara bağışlanacaq.



Әlaqәli Xәbәrlәr