Kosovo milli məclisinə hücum tǝşkil edilib

Paytaxt Priştinada Məclis binasına gecə ağır silahla hücum tǝşkil edilib. Ölən ya da yaralanan olmayan hadisǝ nǝticǝsindǝ binada ağır xǝsarǝt yaranıb.

545638
Kosovo milli məclisinə hücum tǝşkil edilib

Kosovo polisi hücumdan dǝrhal sonra milli məclisdǝ vǝ ǝtrafında ǝlavǝ tǝhlükǝsizlik tǝdbirlǝr hǝyata keçirib.

Hadisədǝn sonra bölgǝyǝ Kosovo polisi ilǝ yanaşı Kosovadaki sülh mǝramlı qüvvǝ tǝrkibindǝ vǝzifǝ icra edǝn İtaliya hǝrbi dǝstǝlǝri dǝ cǝlb edilib.

Polis mǝsullarının mǝlumatına görǝ hadisǝdǝn sonra binanın yaxınında yanmış bir motosiklet ǝlǝ keçirilib. Bunun cinayǝtkara aid olabilǝcǝyi proqnozlaşdırılır. Hadisə ilǝ bağlı ǝhatǝli istintaq başladılıb.

Kosovo mediası hücumun, Yuqoslaviya istehsalı “Zolja” tipli polemyot ilǝ hǝyata keçirildiyini bildirib.

Kosovadakı siyasi partiyalar Məclisə təşkil edilən hücumu pislǝyiblǝr vǝ bunun demokratiyaya edilmiş hücum olduğunu deyiblǝr.

 



Әlaqәli Xәbәrlәr