Londonda silahlı təcavüz:1 ölü, 5 yaralı

Böyük Britaniyanın paytaxtı Londonda bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum etdi.

544402
Londonda silahlı təcavüz:1 ölü, 5 yaralı

İngiltərənin paytaxtı Londonda təcavüzkar əlindəki bıçaqla ətrafdakı insanlara hücum etdi,1 nəfər öldü, 5 nəfər yaralandı.
 
 Rassel Meydanında baş verən hadisədən sonra şok tapança ilə zərərsizləşdirilən  təcavüzkar nəzarətə alındı.
 
Hadisə ilə bağlı təhqiqat başlayıb, terror hücumu ehtimalı araşdırılır.
 
Qeyd edək ki, London şəhəri Polis İdarəsinin rəisi Bernard Hogan-Howe və London meri Sadıq Xan dünən verdikləri açıqlamalarda həm təhlükəsizlik tədbirləri çərçivəsində, həm də mümkün terror hücumlarına qarşı şəhərin küçələrində daha çox silahlı polisin olacağını bildiriblər.



Әlaqәli Xәbәrlәr