Dünya İslam İqtisadiyyat Forumu İndoneziyanın paytaxtı Cakartada keçirilir

12-ci keçirilǝn Forumda Türkiyəni Müstəqil Sənayeçi və İşadamları Dərnəyi (MÜSİAD)-nin Xarici əlaqələr komissiyasının sədr müavini Şövkət Can Tülümen və Baş katib müavini Dr. Özer Balkız tǝmsil edir.

543235
Dünya İslam İqtisadiyyat Forumu İndoneziyanın paytaxtı Cakartada keçirilir

Bu gün start alan vǝ 4 Avqusta qǝdǝr davam edǝcǝk Forumda, iqtisadi böyümənin yayılması və iş imkanlarının inkişaf etdirilməsi kimi mövzular müzakirǝ olunur.

İştirakçılar, tǝdbir çǝrçivǝsindǝ, İslami maliyyə, moda və dizayn, müasir texnologiya, halal sənayesinin inkişaf etdirilməsi, İslami maliyyə qaynaqlarının infrastruktur layihələrinin artırılması mövzularında mǝruzǝlǝr tǝqdim edirlǝr.

60 ölkədən 2 min 500-dǝn çox nümayǝndǝnin qatıldığı Forumda Malayziya, Tacikistan, Yeni Qvineya, Şri Lanka və İordaniya liderlǝr seviyyǝsindǝ tǝmsil edilirlǝr.



Әlaqәli Xәbәrlәr