BMT-nin Cenevrə Ofisi qarşısında etiraz aksiyası

Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisi qarşısında Türkiyədə iyulun 15-də FETÖ-nün hərbi çevirilişə cəhdinə qarşı etiraz aksiyası keçirilib

535596
BMT-nin Cenevrə Ofisi qarşısında etiraz aksiyası

  Aksiyaçılar hadisənin vətəndaşlara qarşı silahlı zorakılıq olduğuna dair şüarlar səsləndiriblər.

  Güclü yağış yağmasına baxmayaraq, türkiyəli, boşnak, alban, türkmən, suriyalı, kosovalı, somalili və əlcəzairlilərdən ibarət təxminən 500 nəfər dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, mövcud hakimiyyət və Türkiyə Böyük Millət Məclisinin üzvlərinin yanında olduqlarını bildiriblər. 

  Aksiyada Türkiyənin BMT-nin Cenevrə Ofisindəki daimi nümayəndəsi Mehmet Ferden Çarıkçı, Cenevrə baş konsulu Hüseyn Barbaros Dicl və Avropalı Türk Demokratlar Birliyinin İsveçrə üzrə rəhbəri Murat Şahin də iştirak edib.



Әlaqәli Xәbәrlәr