ABŞ Rusiyaya Suriyada birgə hərbi iş təklif etdi

Amerika Birləşmiş Ştatları Suriyada hərbi sahədə birgə işə dair Rusiyaya təklif təqdim edib.

529684
ABŞ Rusiyaya Suriyada birgə hərbi iş təklif etdi

Amerika Birləşmiş Ştatları Suriyada hərbi sahədə birgə işə dair Rusiyaya təklif təqdim edib. “The Washington Post” qəzetinin məlumatına görə təklifdə Suriyada ortaq hədəflərin birgə bombalanması yer alır. Bu məqsədlə İordaniyanın paytaxtı Ammanda ABŞ və Rusiya əsgərlərinin birgə çalışması üçün mərkəz yaradılması da təklif edilir.

Sənəddə iki ölkənin kəşfiyyat təcrübəsinin birləşdirilməsi və havadan hücumla Suriyada DAEŞ və əl-Nusra hədəflərinin vurulması təklif edilir.

ABŞ rəhbərliyi səkkiz səhifəlik təklifində Bəşər Əsəd rejiminə məxsus birliklərin yalnız Rusiya və ABŞ-ın təyin etdiyi sahələrə hücum edəcəklərinin mümkünlüyü yer alır.

ABŞ rəhbərliyi eyni zamanda Moskvanın Suriyada siyasi keçid prosesində iştirakını istəyir.

Bu gün Rusiyada olan dövlət katibi Con Kerrinin məsələni müzakirə edəcəyi gözlənilir.

Digər tərəfdən Ağ Ev sözçüsü Corş Ernest ənənəvi mətbuat konfransında bildirib ki, iki ölkənin Suriyada birgə hərbi əməliyyata dair razılıq xəbərləri alınır. Corş Ernest deyib ki, hazırda isə ABŞ Rusiya ilə heç bir hərbi əməliyyat reallaşdırmır. Təklifin gerçəkləşəcəyinin hələ dəqiq olmadığını bildirən Ağ Ev sözçüsü vurğulayıb ki, Rusiyanın Suriyaya dair ciddi qərar verməsi zəruridir.

“Rusiya ordusundan Əsəd rejimini dəstəkləmək üçün, yoxsa radikalların arxasından getmək üçün istifadəyə dair qərar vermək məcburiyyətindədir. Bizə görə hər ikisi bir yerdə mümkün deyil”-deyə Ernest əlavə edib.



Әlaqәli Xәbәrlәr