Yaponiyada hakim koalisiya qalib gǝlib

Yaponiyada parlamentin yuxarı palatasına keçirilǝn seçki nǝticǝlǝri açıqlanıb

527209
Yaponiyada hakim koalisiya qalib gǝlib

Yaponiyada parlamentin yuxarı palatasına (Məsləhətçilər Palatası) keçirilən seçkilərdə baş nazir Sindzo Abenin rəhbərlik etdiyi və tərkibinə Liberal-Demokrat və “Yeni Komeyto” partiyalarının daxil olduğu hakim koalisiya qalib gəlib.

Ötǝn  gün keçirilǝn seçkilǝrdǝ seçici fəallığının  yüksǝk olmadığı  qeydǝ  alınıb. 

Yaponiya parlamentinin yuxarı palatasının 242 üzvü var və onların yarısı hər 3 ildən bir yenidən seçilməklə, 6 il müddətinə seçilirlər. Ötǝn  gün  keçirilǝn  seçkidǝ 389 namizədin  uğrunda  mübarizǝ  apardığı 121 yerdǝn  Liberal  demokrat partiyası  56-nı, koalisiya  şǝriki  olan  Komei partiyası  isǝ 14-nü qazanıb. 

 



Әlaqәli Xәbәrlәr