Srebrenitsa soyqırımından 21 il ötür

Bu gün Srebrenitsa soyqırımı qurbanları bosniyalı müsəlmanların anım mərasimi keçirilir.

526758
Srebrenitsa soyqırımından 21 il ötür

Bu gün Srebrenitsa soyqırımı qurbanları bosniyalı müsəlmanların anım mərasimi keçirilir. Mərasimdə Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edir.

Avropanın mərkəzində, beynəlxalq ictimayyətinin gözü qarşısında törədilən qırğından 21 il keçir.

1995-ci ildə törədilən soyqırımda həyatını itirən 8 mindən çox bosniyalı müsəlmanın anım tədbirində hər il olduğu kimi bu il də on minlərlə insan iştirak edir.

Xarici işlər naziri Bosniya və Hersoqovinaya səfərində ilk olaraq Kovaci şəhidlik abidəsini ziyarət edib. Daha sonra ölkənin ilk prezidenti Aliya İzzətbeqoviçin məzarı önünə əkilil qoyulub. Mövlud Çavuşoğlu “Yunus Əmrə” Mədəniyyət Mərkəzində təşkil edilən sərgi ilə də tanış olub.

Anım mərasimləri çərçivəsində Türkiyə xarici işlər nazirinin şəhid anaları ilə görüşəcəyi nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr