Tǝl-Әviv günahkar olduğunu etiraf edir

İsrail Parlamentindǝki ǝrǝb millǝt vǝkillǝr Tǝl-Әvivin “Mavi Mǝrmǝrǝ”dǝ hǝyatını itirǝnlǝrǝ tǝzminat ödǝmǝyi qǝbul etmǝsinin günahkar olduğunu qǝbul etdiyini etiraf mǝnasında olduğunu bildiriblǝr.

519260
Tǝl-Әviv günahkar olduğunu etiraf edir

İsrail Parlamentindǝki ǝrǝb millǝt vǝkillǝr Tǝl-Әvivin “Mavi Mǝrmǝrǝ”dǝ hǝyatını itirǝnlǝrǝ tǝzminat ödǝmǝyi qǝbul etmǝsinin günahkar olduğunu qǝbul etdiyini etiraf mǝnasında olduğunu bildiriblǝr. Tǝl-Әvivin “Mavi Mǝrmǝrǝ”dǝ hǝyatını itirǝnlǝrǝ tǝzminat ödǝmǝyi qǝbul etmǝsinin günahkar olduğunu qǝbul etdiyini etiraf mǝnasında olduğunu bildiriblǝr.

Millǝt vǝkili Basil Gattes Anadolu xǝbǝr agentliyinǝ mǝlumat verǝrǝk deyib ki, İsrail “Mavi Mǝrmǝrǝ” gǝmisinǝ etdiyi hücumda hǝyatını itirǝnlǝrin ailǝlǝrinǝ ödǝyǝcǝyi tǝzminatla nǝticǝdǝ mǝsuliyyǝtli olduğunu qǝbul edir. Belǝliklǝ İsrail ordusunun hücumu hǝyatı keçirdiyini vǝ Türk aktivistlǝrin hǝlakına sǝbǝb olduğunu etiraf etmiş olur.

İsrail Parlamentinǝ qatılan Ortaq Siyahıdan Fǝlǝstin ǝsilli millǝt vǝkili Hanin Zuabi isǝ sosial şǝbǝkǝ vasitǝsilǝ mövzu haqqında verdiyi açıqlamada bildirib ki, İsrail hökumǝti hǝyatını itirǝnlǝrǝ tǝzminat ödǝmǝyi qǝbul edǝrǝk, 9 insanı öldürmǝk, onlarla insanı yaralamaq, oğurlamaq vǝ açıq dǝnizlǝrdǝ quldurluq etdiyi günahını etiraf etmişdir. İsrailin daha ǝvvǝldǝn qǝbul etmǝdiyi bu şǝrtlǝri qǝbul etmǝsi söylǝdiyi yalanları ortaya çıxardı.

İsrailin 1948-ci ildǝ qurulmasından sonra İsrail vǝtǝndaşlığı ǝldǝ edǝn 1.7 milyon ǝrǝb İsrail Parlamentindǝ 17 millǝt vǝkili ilǝ tǝmsil edilir. 



Әlaqәli Xәbәrlәr