Sabah İspaniyada növbədənkənar seçkilər keçiriləcək

İyunun 26-da İspaniyada növbədənkənar seçkilər keçiriləcək.

518031
Sabah İspaniyada növbədənkənar seçkilər keçiriləcək

Kampaniyaların son günündə seçkilərdə iştirak edən 4 iri siyasi partiyanın baş nazir postuna iddialı namizədləri “Brexit” və Katalonyada müstəqillik çağırışlarına münasibət bildiriblər.

Rəy sorğularına görə, seçkinin favoriti sayılan  sağtəmayüllü Xalq Partiyasının lideri və indiki baş nazir Mariano Rajoy bildirib ki, Katalonya heç vaxt referenduma getməyəcək. İspaniya İngiltərədə baş verənlərdən dərs çıxarmalıdır.

 İkinci böyük partiya olan Sosialist Fəhlə Partiyasının lideri Pedro Sançez isə İngiltərə baş naziri Devid Kemeronun məsuliyyətsizliyinin Böyük Britaniyanı pis vəziyyətə saldığını deyib.

Sançez bildirib ki, Katalonyanını müstəqillik tərəfdarlarının referendum çağırışları qəbul edilməyəcək.

Liberal görüşlü “Ciudadanos” partiyasından baş nazir postuna namizəd Albert Rivera da “Brexit”dən sonrakı mərhələdə Avropa İttifaqını yenidən canlandırmaq üçün ispanlar sabah özlərinə səs verməli olduğunu vurğuayıb.



Әlaqәli Xәbәrlәr