Britaniyada seçki bülletenlǝrinin sayılması prosesi davam edir

Seçki dairələrinin yarısı üzrə nəticələrə əsasən Britaniyanın Aİ-dən çıxmasını dəstəkləyənlər liderdir.

517076
Britaniyada seçki bülletenlǝrinin sayılması prosesi davam edir

Seçki dairələrinin yarısı üzrə nəticələrə əsasən Britaniyanın Aİ-dən çıxmasını dəstəkləyənlər liderdir.

Cəbəllütariqda seçicilǝrin 96 faizi ölkǝnin Avropa İttifaqının çıxmasının ǝleyhinǝ sǝs verib.  Nyukasl və Orknǝy adalarının seçiciləri dǝ referendumda ümumi olaraq ölkənin Avropa İttifaqının tərkibindən çıxmasının əlǝyhinə səs veriblər. 

Ölkǝnin İttifaqdan çıxmasının lehinǝ sǝs verǝnlǝrin ümumilikdǝ olduğu ilk yerlǝrdǝn biri Sunderland olub.

Şeffild, Blekpul, Qosport, Milton Kins kimi şəhərlərin sakinləri Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyiblər. Ölkənin ən böyük şəhərlərində isə səslərin hesablanması prosesi hələ başa çatmayıb.

Ölkə üzrə 382 dairədən tǝqribǝn 200-dǝ sǝslǝrin hesablanmasının başa çatdığı bildirilib. Sǝs verǝn 15 milyon 884 min seçicidǝn 8.2 milyonu ölkǝnin İttifaqdan çıxmasının lehinǝ, 7.6 milyonu isǝ ǝleyhinǝ sǝs verib.

Referendumun rǝsmi nǝticǝlǝri Mançıstir şǝhǝrindǝ bǝlǝdiyyǝ binasında sǝslǝrin hesablanmasalarından mǝsul rǝsmi tǝrǝfindǝn elan edilǝcǝk.

Bu arada referendumun ilk nǝticilǝrinin açıqlanmasından sonra ölkǝnin pul vahidi sterlin dollar qarşısında qiymǝti aşağı düşüb



Әlaqәli Xәbәrlәr