Almaniyada qǝtl hadisǝlǝrinin istintaqında sǝhvlǝr olduğu etiraf edildi

NSU-nun 200-cı ildǝ Dortmundda törǝtdiyi qǝtl hadisǝsinin radikal sağçılar tǝrǝfindǝn hǝyata keçirildiyinin başa düşülmǝdiyi bildirilib.

516622
Almaniyada qǝtl hadisǝlǝrinin istintaqında sǝhvlǝr olduğu etiraf edildi

Almaniyanın Şimali Reyn-Vestfaliya ǝyalǝti Konstitusiyanı Qoruma Tǝşkilatının sǝdri Burkhardt Freier Nasional Sosialist Yeraltı (NSU) terror tǝşkilatının qǝtl hadisǝlǝrinin istintaqında sǝhvlǝr olduğunu qǝbul edib.

Freier NSU-nun 200-cı ildǝ Dortmundda törǝtdiyi qǝtl hadisǝsinin radikal sağçılar tǝrǝfindǝn hǝyata keçirildiyinin başa düşülmǝdiyini söylǝyib.

Hǝmin tarixdǝ radikal sağçı dairǝlǝrdǝ zorakılıqdan istifadǝ edilǝrǝk “irqçi toqquşma” törǝtmǝk istǝyǝn bir ideologiyanın mövcudluğunun mǝlum olduğunu vurğulayan Freier, ancaq bunun NSU-nun törǝtdiyi qǝtl hadisǝlǝri ilǝ ǝlaqǝlǝndirilǝ bilmǝdiyini qeyd edib.

Digǝr tǝrǝfdǝn Almaniyanın telekanallarından ARD Konstitusiyanı Qoruma Tǝşkilatının casus kimi vǝzifǝlǝndirdiyi “Corelli” lǝqǝbli şǝxsin 2007-2011-ci illǝr arasında istifadǝ etdiyi mobil telefonunun tǝdqiq edilmǝdiyini irǝli sürüb.

Xǝbǝrdǝ NSU ilǝ ǝlaqǝsi olmadığı iddia edilǝn “Corelli”nin telefonunun tǝdqiq edilǝcǝyi tǝqdirdǝ  tǝşkilatın terror üzvlǝri ilǝ ǝlaqǝsinin olub olmadığının aşkarlana bilǝcǝyi bildirilib.

“Corelli” nin vǝfatından sonra ona aid mobil telefon vǝ 5 kart aşkarlanmışdı.

Xatırladaq ki, NSU terror tǝşkilatı Almaniyada 2000-2007-ci illǝr arasında 8-i Türk, 10 nǝfǝri qǝtlǝ yetirmǝk, banklarda qarǝt hadisǝlǝri vǝ bombalı hücumlar hǝyata keçirmǝkdǝ günahlandırılır.



Әlaqәli Xәbәrlәr