Hindistanda sel fǝlakǝti

Hindistanın müxtəlif ştatlarında leysan yağışları vǝ ildırım zərbəsi ən azı 80 nǝfǝrin hǝyatını  itirmǝsinǝ səbəb olub.

516144
Hindistanda sel fǝlakǝti

Məlumata əsasən ǝn çox ölüm hadisǝsi, tǝbii fǝlakǝtin tǝsirli  olduğu Bihar ştatında qeydǝ alınıb. Burada ildırım zərbəsi 53 nǝfǝrin həyatına son qoyub.

Daha 10 nǝfǝrin Carhandda və ən azı 16 nəfərin dǝ Madhya Pradeş ştatında öldüyü bildirilir.

Ölüm hallarının çoxu çərşənbə axşamı adamların yağış yağarkən tarlalarda işlədiyi vaxta təsadüf edib.

Hindistanın rəsmi statistikasına görə 2005-ci ildən bəri ildırım zərbəsi hər il ən azı 2 min adamın ölümünə sǝbǝb olur.

Hindistanda illik yağış normasının 80 faizi iyundan sentyabr ayınadək davam edən musson yağışları mövsümündə yağır.

İldırım çaxmasının əksər halları da məhz bu mövsümdə müşahidə olunur.

 



Әlaqәli Xәbәrlәr