Mark Toner Suriyada siyasi keçid prosesinin olduqca çətin olduğunu açıqlayıb

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü Mark Toner Suriya müxalifətini Cenevrəyə gətirməyin hazırda çətin olduğunu deyib.

510249

Keçirdiyi mətbuat konfransında Suriyadakı müharibəyə də  toxunan  Mark Toner bildirib ki, böhranın həlli üçün planlaşdırılan siyasi keçid prosesi olduqca çətindir. ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin açıqladığı avqustun 1-dən siyasi keçid prosesinə başlanması üçün heç bir şəraitin yetişmədiyini vurğulayan Toner bununla belə qeyd edib ki, mövcud vəziyyət onları qane etməsə də proseslərin inkişafı ümidvericidir.

Әlaqәli Xәbәrlәr