Göndərilən yardımların bir hissəsi rejimin mühasirəsi altında olan Darayaya çatdı

Amerika Birləşmiş Ştatları bunu müsbət bir addım olaraq dəyərləndirdi

508562
Göndərilən yardımların bir hissəsi rejimin mühasirəsi altında olan Darayaya çatdı

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü Mark Toner Suriyada mühasirə altındakı Darayaya edilən yardımların bir hissəsinin mənzilə çatmasını müsbət bir addım olaraq gördüklərini, geri qalan yardımların da tezliklə çatdırılması üçün işlər aparıldığını dedi.
 
 Toner gündəlik mətbuat konfransında Bəşər Əsəd rejimi tərəfindən mühasirə altında olan Darayaya humanitar yardımın çatdırılması səylərinə dair məlumat verdi.
 
 Yardımların Suriya hökuməti tərəfindən müəyyən edilən yerlərə deyil, Birləşmiş Millətlər tərəfindən müəyyən edilən yerlərə çatmasının zəruriliyini vurğulayan Toner: :Yardımların haraya veriləcəyi barədə rejim qərar verməməlidir" ifadələrini işlətdi.
 
 Mark Toner: "Rejim yardımların aparıldığı Darayaya bu səhər  hücum edib. Bu növ hücumlar qəbuledilməzdir. Bununla,  yardımın təcili ehtiyacı olan yerlərə çatdırılmasının qarşısını alır." dedi.



Әlaqәli Xәbәrlәr