BMT-nin baş katibi Suriya böhranına toxunub

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun Suriya sülh danışıqları üçün vaxtın daraldığını bildirib.

507788
BMT-nin baş katibi Suriya böhranına toxunub

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun Suriya sülh danışıqları üçün vaxtın daraldığını bildirib.

Baş katib keçirdiyi mətbuat konfransında Suriya sülh danışıqlarında ciddi bir razılığa gəlinməzsə, bunun daha çox gərginliyə yol aça biləcəyi barədə  xəbərdarlıq edib.  

Sülh danışıqları üçün hələ tarix müəyyən edilmədiyini deyən Pan Gi Mun  görüş naminə görüşün tərəfdar olmadığını da bildirib.

BMT baş katibi Suriya rejimini humanitar yardımların çatdırılmasına mane olmamağa da səsləyib.

Qeyd edək ki, BMT-də Suriyanın xüsusi nümayəndəsi Staffan Demistura da dünən keçirdiyi mətbuat konfransında Suriya danışıqlarının üçüncü turunun başlanması üçün şərtlərin hələ razılaşdırılmadığını bildirib.



Әlaqәli Xәbәrlәr