Əlcəzairdə "Facebook" dan asılı insanların müalicəsi üçün  klinika açıldı

Afrikada ilk dəfə Əlcəzairdə açılan özəl klinikada “Facebook”dan asılı xəstələrə sağalmaq təklif olunur.

507261
Əlcəzairdə "Facebook" dan asılı insanların müalicəsi üçün  klinika açıldı

"The New Arab" qəzeti Constantine şəhərində açılan özəl klinikada siqaret, narkotik, alkoqol asılılığı  olan xəstələrlə bərabər "facebook" dan asılı olanların da mütəxəssislər və psixoloqlar tərəfindən müalicə olunduğunu yazdı.

Klinikanın direktoru Raouf Boqata narkotiklə müqayisədə "Facebook"dan asılılığın verdiyi zərərin ciddiyə alınmadığını söylədi.

"Facebook" asılılığının təsirlərini "qara magiya" ilə müqayisə edən Boqata sosial media şəbəkəsinin "mavi magiya" olduğunu bildirdi.
 
 İnsanları müalicə etmək üçün həkimlər şəbəkə istifadəçilərinə virtual dünyada deyil, real dünyada yaşamağa yardım edəcək xüsusi proqram hazırlayıblar.

 

 



Әlaqәli Xәbәrlәr