Viktoriya Nuland: ‘‘Bütün müttәfiq ölkәlәrdәn NATO-nun gücünü artırmalarını gözlәyirik’’

ABŞ dövlәt katibinin Avropa işlәri üzrә müavini Victoria Nuland üzv ölkәlәrә NATO-nun gücünü artırmaları ilә әlaqәdar çağırış edib.

506403
Viktoriya Nuland: ‘‘Bütün müttәfiq ölkәlәrdәn  NATO-nun gücünü  artırmalarını  gözlәyirik’’

Viktoriya Nuland  Senatın Xarici Әlaqәlәr Komitәsindәki ‘‘Rusiyanın sәrhәd pozuntuları, müqavilәlәr  vә insan haqları’’ adlı sessiyada çıxış edib.

Nuland: ‘‘Bütün müttәfiq ölkәlәrdәn  NATO-nun gücünü  artırmalarını   gözlәyirik. Müttәfiqlәrimizin  70 faizi  bunu edir lakin  bütün NATO  üzvlәri  üzәrlәrinә  düşәn  öhdәliklәri yerinә yetirmәlidir’’  deyә qeyd edib.

Nuland  mümkün təhlükələrə qarşı hazır olmanın vacib  olduğuna diqqət  çəkərək: "Rusiyanın çoxölçülü taktikalarına, elektron və kiber gücü ilә  orta mənzilli nüvə raket   pozuntularına qarşı hazır olmalıyıq" deyib.

Nuland, "Eyni zamanda müttəfiqlərimizə və tərəfdaşlarımıza öz ölkələrində investisiyaya əhəmiyyət vermələrini və kiber təhlükəsizlik ilә  xaricdən gələn təhlükələrə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edirik" deyә bildirib.

 



Әlaqәli Xәbәrlәr