65 milyon "Tumblr" istifadəçisinin hesabı sındırıldı

Məşhur bloq saytı "Tumblr"da 65 milyon hesabın sındırıldığı ortaya çıxdı.

505707
65 milyon "Tumblr" istifadəçisinin hesabı sındırıldı


 2013-ci ildə sosial mikroblog saytı "Tumblr"da  istifadəçilərin sındırılan hesaplarının və Tumblr kodlarının 150 dollara darknetdə satıldığı açıqlandı.
 
 "Tumblr" rəsmiləri mayın 12-də verdikləri açıqlamada hücumun detallarını vermiş, lakin sındırılmış hesabların sayının açıqlanması tələbini rədd etmişdilər.
 "Tumblr" ələ keçirilən kodların istifadəçilərinki ilə eyniyyət təşkil etmədiyini, öz alqoritmləri səbəbindən  qarışdırıldığını bildirir.

 Təhlükəsizlik tədbirləri ilə gücləndirilən kodların hakerlər tərəfindən sındırılmasının çətin olduğu qəbul edilir.
 
Lakin yenə də təxminən 65 milyon elektron poçt ünvanı internet piratlarının əlinə keçmişdir.
 
 Hadisə internet tarixinin ən böyük 3-ci sızmasıdır.
 
 Xatırladaq ki, daha əvvəl "Linkedin"dən 164 milyon, "Adobe"dan isə 152 milyon hesabın məlumatı oğurlanmışdı.

 

 



Әlaqәli Xәbәrlәr