Xorvatiya koalisiya hökumətində müavinlər yola getmir

Baş nazir Tihomir Oreskoviç: "Mən onları barışdırmaq istədim, alınmadı. Karamarko və Petrov istefa verməlidir"

503765
Xorvatiya koalisiya hökumətində müavinlər yola getmir

  Xorvatiyada 4 ay əvvəl qurulan koalisiya hökumətində Baş nazir yardımçıları arasındakı anlaşılmazlıq qarışıqlığa səbəb olub.

  Baş nazir Tihomir Oreskoviç təşkil etdiyi mətbuatda konfransında açıqlama verərək deyib: “Baş nazir müavini vəzifələrini icra edən koalisiya ortaqları - Xorvat Demokrat Birliyinin sədri Tomislav Karamarko ilə Most Partiyasının sədri Bojo Petrov arasında şəxsi konfliktlər hökumət üçün ağır bir yük olmağa davam edir. Mən onları barışdırmaq istədim, amma alınmadı. Mövcud hökumətin islahat prosesinə davam edə bilməsi üçün Karamarko və Petrov istefa verməlidir. Bu iş hökumət və ölkənin mənfəətinə olacaq”.

  Most Partiyasının sədri Bojo Petrov Baş nazirin sözlərinə münasibət bildirərək: “Vətəndaşların və Tanrının hüzurunda təmiz olduğumu bilirəm. Əgər dövlətimiz sabit bir hala gələcək və Xorvatiya irəliləyəcəksə, Oreskoviçin çağırışını qəbul edirəm. Çarə budursa, edərəm”, - deyib.

  Digər Baş nazir müavini, Xorvat Demokrat Birliyinin sədri Tomislav Karamarko isə vəzifəsindən ayrılmağı düşünmədiyini söyləyib.



Әlaqәli Xәbәrlәr