Pyotr Paraşenko: "Savçenko kimi Donbas və Krımı da Rusiyadan geri alacağıq"

Ukrayna prezidenti Pyotr Poroşenko azad olunmuş Nadejda Savçenkonu Qızıl ulduz ordeni ilə təltif etdi.

497914
Pyotr Paraşenko: "Savçenko kimi Donbas və Krımı da Rusiyadan geri alacağıq"

Ukraynada Rusiya tərəfdarı olan separatçılar tərəfindən 2014-cü ildə girov götürərək Rusiyaya qaçırılan və burada 22 il həbs cəzasına məhkum edilən Ukrayna ordusunun yeganə qadın təyyarəçi və Ali Radanın deputatı Nadejda Savçenko dünən Ukraynada saxlanılan 2 rus əsgəri ilə dəyişdirilərək sərbəst buraxıldı.
 
Özəl təyyarə ilə Ukraynaya uçan Savçenko hava limanında "Artıq azadam, amma ölkəm üçün həyatımımdan keçməkdən heç vaxt çəkinməyəcəyəm" dedi.
 
 Savçenko Ukrayna Dövlət başçısı Pyotr Poroşenko tərəfindən qəbul edildi.
 
 Poroşenko milli qəhrəman kimi səciyyələndirdiyi Savçankonu Qızıl ulduz ordeni ilə təltif etdi.
 
 Ukrayna prezidenti Savçenko kimi, Donbas və Krımı da Rusiyada geri alacaqlarını dedi.
 
 Savçenko isə öz nitqində Belarusiyanın paytaxtı Minskdə 2014-cü ilin sentyabrında  imzalananmış Atəşkəs haqqında razılaşmanın əhəmiyyətinə diqqət çəkdi və Minsk razılaşmasına əməl edilməsi üçün lazım olan hər şeyi edəcəklərini qeyd etdi.
 
 Ukraynanın şərqində Rusiya tərəfdarı olan separatçılarla Ukrayna ordusunun birlikləri arasında toqquşmalar isə davam edir.
 
 Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nəzarətində Rusiya, Ukrayna və Ukraynanın şərqindəki separatçı qüvvələrin nümayəndələri arasında imzalanan Minsk Atəşkəs Razılaşmasına münaqişələr üzündən tam şıkildə riayət olunmur.



Әlaqәli Xәbәrlәr