“Böyük yeddilik” ölkələrinin sammiti öz işinə başlayır

Bu gün Yaponiyada “Böyük yeddilik” ölkələrinin sammiti öz işinə başlayır.

497792
“Böyük yeddilik” ölkələrinin sammiti öz işinə başlayır

Bu gün Yaponiyada “Böyük yeddilik” ölkələrinin sammiti öz işinə başlayır.

Zirvə toplantısı  Yaponiyanın Kaşikojima adasında  keçirilәcәk.

Sammitdә Şimali Koreyanın nüvə proqramı,  Yaxın Şərqdə baş verən proseslər, qaçqın böhranı, terrorla mübarizə, Rusiyanın Ukraynadakı fəaliyyəti  kimi mәsәlәlәr müzakirә olunacaq.

Sammitdә  üzv ölkəlәrin  dövlət və hökumət başçıları ilə  Avropa İttifaqından nümayəndələr iştirak edir.

Qeyd edәk ki, sammitә  Şri-Lanka prezidenti və Vyetnam Baş naziri də  dәvәt edilib.

Yaponiyada baş tutan sammit , Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın son, Kanada Baş naziri Justin Trudeaunun isə ilk “Böyük yeddilik’’ iclası olacaq.



Әlaqәli Xәbәrlәr