"Avropa İttifaqı ilə münasibətlərdə həll edilməyəcək bir problem olduğunu düşünmürəm", V.Putin

Rusiya prezidenti Vladimir Putin ölkəsi ilə Avropa İttifaqı arasında münasibətlərdə həll edilməyəcək bir problem olduğunu düşünmür.

498253

Putinin Yunan qəzeti “Kathimeri”də məqaləsi dərc olunub.

Məqalədə rus lider Aİ ilə çoxtərəfli əməkdaşlıq üçün iki tərəfin də bir-birlərinin düşüncə və maraqlarını nəzərə almasının lazım olduğunu ifadə edib.

Lakin Avropa tərəfinin yanaşması Putininki kimi müsbət deyil.

Avropa Şurasının sədri Donald Tusk Yaponiyada keçirilən G7 zirvəsindən əvvəl verdiyi açıqlamada Aİ liderlərinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini uzadacağını düşündüyünü bildirmişdi.

Tusk sanksiyaların Minsk razılaşması tam yerinə yetirildikdən sonra ləğv ediləcəyini vurğulamışdı. 

Әlaqәli Xәbәrlәr