Artıq İsveçrədə müsəlman məktəbli oğlanlar qadın müəllimləri ilə əllə salamlaşmağa məcburdurlar

Bundan sonra İsveçrənin Bazel şəhərində müsəlman məktəbli oğlanlar qadın müəllimləri ilə əllə salamlaşmalı olacaqlar.

498278

 İsveçrə mediasında verilən xəbərlərə görə, Bazeldə 14 və 16 yaşlarında olan iki suriyalı müsəlman məktəbli oğlanın qadın müəllimlərinə əl verməyi dini səbəblərdən rədd etməsindən sonra şəhərin təhsil idarəsi məktəblilərin əleyhinə olan qərar qəbul etdi.
 
 Təhsil idarəsinin qərarına görə, müsəlman məktəbli oğlanlar zəruri hallarda qadın müəllimləri ilə əllə salamlaşmağa məcburdurlar.
 
 Qərarın kişilərin qadınlarla əllə salamlaşmasının İslamın əsas prinsiplərinə zidd olmadığı səbəbilə alındığı ifadə edildi.
 
 Qərara əməl etməyən şagirdlərin ailələri 5 min frank (təxminən 5 min dollar) pul cəriməsi ödəməli olacaqlar.
 
 Aprel ayının əvvəlində  qadın müəllimlərinə əl verməyən oğlanlara məsələ ilə bağlı qərar qəbul olunana qədər öz istəklərinə görə hərəkət etmək icazəsi verilmişdi.

Әlaqәli Xәbәrlәr