Aralıq dənizi sularında bu il 1370 adam həyatını itirib

Beynəlxalq Miqrasiya Təşkilatı ölü sayının azalmasını Türkiyədən yola çıxan qaçqınların sayının azalması ilə əlaqəli olduğunu bildirir

497092
Aralıq dənizi sularında bu il 1370 adam həyatını itirib

  Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən açıqlanan məlumata görə, “İlin əvvəlindən bu yana Aralıq dənizi üzərindən Avropaya qaçmağa çalışan adamlardan 1370-i suda  boğularaq can verib. Amma bu rəqəm həm də keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 azalmanı göstərir”.

  Beynəlxalq Miqrasiya Təşkilatı ölü sayının azalmasını Türkiyədən yola çıxan qaçqınların sayının azalması ilə əlaqəli olduğunu bildirir. Məsələn, 2014-ci ilin may ayında 330, keçən ilin may ayında 95 qaçqın sularda boğulub, amma bu ilin mayında cəmi 13 qaçqın həyatını sularda itirib.

  İtaliya da açıqlama verib, bazar ertəsi günü Şimali Afrikadan yola çıxan və Aralıq dənizi üzərindən Avropaya çatmağa çalışan 2600 qaçqının xilas edildiyini bildirib.



Әlaqәli Xәbәrlәr