Angelina Jolie:Türkiyə qaçqın böhranında böyük bir fədakarlıq göstərir

Hollivud ulduzu Angelina Jolie Türkiyənin qaçqın böhranında böyük bir fədakarlıq göstərdiyini bildirib.

492369
Angelina Jolie:Türkiyə qaçqın böhranında böyük bir fədakarlıq göstərir

Hollivud ulduzu Angelina Jolie Türkiyənin qaçqın böhranında böyük bir fədakarlıq göstərdiyini bildirib.

Amerikalı aktrisa Londonda miqrant böhranı ilə əlaqədar keçirilən tədbirdə iştirak edib.

Avropanın qlobal qaçqın probleminin yalnız kiçik bir hissəsini təşkil etdiyini vurğulayan Jolie "Dünyada 60 milyondan çox insan evlərindən çıxarılıb. Biz qərbdəkilər nə qaçqın böhranının mərkəzindəyik nə də fədəkarlıq nümayiş etdiririk” deyə vurğulayıb. 

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissiyasının xoşməramlı səfiri olan aktrisa  qaçqınlar üçün beynəlxalq humanitar sistemin çökdüyünü, ölkələrin özlərini qorumaq üçün mübarizə apardığını vurğulayıb. 

Angelina Jolie Türkiyə, Pakistan, Livan, İran, Efiopiya və İordaniyanın qaçqın siyasətlərini tərifləyərək bu ölkələrin böyük bir fədakarlıq göstərdiyini bildirib.



Әlaqәli Xәbәrlәr