Honnoverdə beynəlxalq sənaye sərgisi

Almaniyanın Hannover şəhərində 78 ölkədən təxminən 5 min firmanın iştirak etdiyi Hannover beynəlxalq sənaye sərgisində Türkiyədən 140 firma qatılıb.

479780
Honnoverdə beynəlxalq sənaye sərgisi

Sərgidə 2315 firma ilə qatılan ölkə ev sahibi Almaniya olub. Çin, Amerika Birləşmiş Ştatları, İtaliya, Türkiyə və Niderland da növbəti yerləri tuturlar.

ABŞ-ın partner ölkə olduğu sərginin rəsmi açılışını Almaniya kansleri Angela Merkel  ABŞ prezidenti Barak Obama ilə birlikdə edib.

Sərginin ən maraqlı məhsulları arasında robot texnologiyaları yer alır. Sənayedə robot istifadəsi getdikcə geniş vüsət aldığı üçün firmalar daha sürətli, daha həssas və interaktiv çalışan robotlar və robot qollar inkişaf etdirməkdədirlər.

Robot qollar insan gücünün minimuma endirilməsi, istehsal səviyyəsini yüksəltmək baxımından bu günün texnologiyasına əhəmiyyətli dərəcədə təsir etməkdədir.

Təxminən 2500 jurnalistin izlədiyi və 250 min insanın ziyarət etməsi gözlənilən sərgi sabah  sona çatacaq.



Әlaqәli Xәbәrlәr