BMT Hələbdə baş verənlərdən narahatdır

Birləşmiş Millətlər Təşkilatı Suriyanın Hələb şəhərində qarşıdurmaların güclənməsi və dinc sakinlərin ölümü ilə bağlı dərin narahatlığını ifadə edib.

478898
BMT Hələbdə baş verənlərdən narahatdır

BMT baş katibinin sözçüsü Stefan Dujarric mətbuat üçün keçirdiyi brifinqdə  BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin Hələb və ətrafında baş verən qarşıdurmaların şiddətlənməsi, hava hücumları və top atışları səbəbilə dinc vətəndaşların öldüyü, məktəb, xəstəxana və məscidlərin də bu hücumlardan zərər görməsi ilə bağlı məlumatlar aldığını qeyd edib. BMT sözçüsü tərəflərə beynəlxalq hüquqa uyğun davranmaq və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirləri görməyə çağırıb.



Әlaqәli Xәbәrlәr