İran ABŞ-ın qərarına reaksiya göstərib

İran Amerika Birləşmiş Ştatları Ali Məhkəməsinin təzminat ilə​​ bağlı qə​​rarına reaksiya göstərib.​

475864
İran ABŞ-ın qərarına reaksiya göstərib

İran XİN rə​hbə​rliyinin sözçüsü ABŞ-ın qə​rarını pislə​diklə​rini və​ rə​dd etdiklə​rini söylə​yib.

Amerika Birləşmiş Ştatları Ali Məhkəməsi 1983-cü ildə Beyrutdakı hücumlarda ölən Amerika əsgərlərinin ailələrinə ödənəcək 2 milyard 600 milyon dolların İranın dondurulan fondlarından ödənməsinə qərar verib.

Digər tərəfdən, ABŞ Dövlə​t Departamentinin sözçüsü Con Kirbi ABŞ Dövlə​t katibi Con Kerri ilə İranlı həmkarı Cavad Zə​rif ilə​ bu gün baş tutacaq görüşdə İrana tətbiq edilən sanksiyaların yüngülləşdirilmə​​sini müzakirə edə​cə​klə​rini deyib.

ABŞ Məclis sözçüsü Pol Ryan da verdiyi yazılı açıqlamada, görüşdə Kerrinin sanksiyaları yüngülləşdirəcəyini qeyd edib.




Әlaqәli Xәbәrlәr