Dilma Rousseff məhkəmə qarşısına çıxacaq

Braziliyada dövlət başçısı Dilma Rousseffin məhkəməyə sövq edilməsi gözlənilir.

472753
Dilma Rousseff məhkəmə qarşısına çıxacaq

Milli Konqresin alt qanadında aparılan səsvermədə 513 millət vəkilinin üçdə ikisindən çoxu Rousseffin əleyhinə səs veriblər. Beləcə, Rousseffin parlamentin üst qanadı olan Senatda mühakimə oluması gündəmə gəlib.

6 aylıq məhkəmə prosesi müddətində Rousseff vəzifədən müvəqqəti olaraq uzaqlaşdırılacaq və onun səlahiyyətlərini köməkçisi Michel Temer icra edəcək.

Xatırladaq ki, ölkənin ilk qadın dövlət başçısı olan Rousseff yenidən seçildiyi 2014-cü il seçkiləri öncəsi ölkə iqtisadiyyatının büdcə kəsirini gizləmək üçün mühasibat sənədlərində manipulyasiya etməkdə günahlandırılır.



Әlaqәli Xәbәrlәr