Viza rejiminin lǝğvi planlaşdırılır

Brüssel hansı ölkǝyǝ viza rejimini lǝğv etmǝyi planlaşdırır?

468415
Viza rejiminin lǝğvi planlaşdırılır

Hollandiyada keçirilǝn referendumda Avropa İttifaqı ilǝ Ukrayna arasındakı tǝrǝfdaşlıq sazişinin ǝleyhinǝ sǝs verilmǝsinǝ baxmayaraq Brüssel Ukraynaya viza rejimini lǝğv etmǝyi planlaşdırır.

Avropa İttifaqı rǝsmilǝrinin “Reuters" agentliyinǝ verdiyi açıqlamaya ǝsasǝn, Komissiya sǝdri Jean Claude Juncker keçǝn ay Ukrayna prezidenti Petro Poroşenkoya viza rejiminin lǝğv edilǝcǝyinǝ dair söz verib.

Adının açıqlanmasını istǝmǝyǝn sǝlahiyyǝtli deyib ki, Hollandiyada keçirilǝn referendum qǝrarını gözdǝn yayındırırıq kimi görünǝ bilǝrik, amma Ukraynaya söz verdik, sözümüzün üstündǝ dayanacağıq.

Komissiyanın viza rejiminin lǝğvinǝ dair tǝklifini bu ay ǝrzindǝ Kiyevǝ çatdırması gözlǝnilir.

Qeyd edǝk ki, Hollandiyada keçǝn hǝftǝ keçirilǝn referendumda ǝhalinin 61 faizi Ukrayna ilǝ tǝrǝfdaşlıq sazişinin ǝleyhinǝ sǝs vermişdi.

Hollandiya Ukrayna ilǝ sazişi tǝsdiqlǝmǝyǝn yeganǝ Aİ ölkǝsidir.



Әlaqәli Xәbәrlәr