Obama səhvini etiraf etdi

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama prezidentlik dövründə etdiyi ən böyük səhvin 2011-ci ildə Liviya lideri Muammer Qəddafinin devrilməsindən sonrakı müddət üçün plan qurmaması olduğunu söyləyib.

468654
Obama səhvini etiraf etdi

Obama Amerikanın “Fox" kanalına verdiyi müsahibədə Liviyaya edilən müdaxiləylə əlaqədar suala , "Qəddafinin devrilməsindən sonrakı gün üçün plan qurmaqda müvəffəqiyyətsiz olduq, Liviya müdaxiləsindən sonra üçün daha çox şey edə bilərdik" deyə cavab verib.

Ötən ay Atlantic jurnalında dərc olunan xüsusi müsahibəsində də Liviya haqqındakı fikirlərini söyləyərkən Obama bəzi Avropa İttifaqı liderlərini diqqəti yayındırmaqda ittiham edib. O, Liviyada xaosun yaranmasında bu ölkələrin də payı olduğunu bildirib.

Qəddafinin devrilməsindən sonra Liviyadakı qeyri-sabitliyin hələ də davam etdiyini, terror təşkilatı DEAŞ-ın ölkənin müəyyən bölgələrindəki fəaliyyətinin artdığını söyləyib.



Әlaqәli Xәbәrlәr