Kanadada təyyarə qəzaya uğradı

Kanadada kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb. Hadisə Kvebek əyalətinin Madlen adalarında baş verib. ​

460922
Kanadada təyyarə qəzaya uğradı

Təyyarənin göyərtəsində Kanadanın sabiq nəqliyyat naziri Jan Lapyer , onun həyat yoldaşı və ailə üzvləri olublar. Onların hamısı Lapyerin atasının dəfn mərasiminə yollanırmışlar. Jan Lapyerin qəzanın baş verdiyi Madlen adalarında anadan olduğu bildirilir.​

Monrealdan Madlen adalarına uçan “Mitsubishi MU-2B-60" tipli təyyarənin eniş edən zaman qəzaya uğraması ehtimal olunur. İlkin versiyaya görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olub. ​



Әlaqәli Xәbәrlәr