Azərbaycan ordusu iki şəhid verdi

Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən qarşıdurma nəticəsində Azərbaycan ordusunun iki əskəri şəhid oldu.

459640
Azərbaycan ordusu iki şəhid verdi

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dünən Azərbaycanın Qazax bölgəsindən sərhədi keçməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin bölmələri ilə Azərbaycan silahlı qüvvələrinin bu ustiqamətdə yerləşən bölmələri arasında toqquşma olub. Məlumatda Azərbaycan əsgərlərinin sayıqlığı nəticəsində düşmənin hərəkətinin qabaqcadan aşkar edildiyi və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirildiyi, itkilərə məruz qalan işğalçıların geri çəkilməyə məcbur edildiyi bildirilir.

Düşmənlə baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgəri Hacıyev Qəfərəli İntiqam oğlu ölümlərindən sonra üçüncü dərəcəli "qüsursuz xidmətə görə" medalı ilə təltif olunublar.

Cəbhə xəttindəki vəziyyətin Azərbaycan əsgərlərinin nəzarəti altında olduğu bildirilən məlumatda beynəlxalq qurumlara Ermənistanın provokasıyalarını qınama çağırışı edilib.

Beləliklə, Azərbaycan Ordusunun bu ikə cəbhə xəttində verdiyi şəhid sayı 7 oldu.




Әlaqәli Xәbәrlәr