Yәmәndә atәşkәs barәdә razılıq әldә olunub

Yəməndə son 2 gündə baş verən toqquşmalarda 55 nəfər hәyatını itirib.

454783
Yәmәndә  atәşkәs barәdә razılıq әldә olunub

Yəməndə son 2 gündə baş verən toqquşmalarda 55 nəfər hәyatını itirib.

Yәmәndәki toqquşmalar xüsusilə ölkənin üçüncü böyük şəhəri Taiz ətrafında davam edir.

Şiə Husiler itirdikləri mövqeləri geri almaq üçün dövlət başçısı Mәnsur Hadi tərəfdarlarına hücum tәşkil edir.

Şabra və Mağrib vilayətlərində də toqquşmaların davam etdiyi bildirilir.

Toqquşmaların şiddәtlәnmәsi BMT-nin xüsusi nümayәndәsi İsmayıl Şeyx Əhmədin paytaxt Sanada danışıqlar apardığı vaxta tәsadüf edib.

Yerli mәnbәlәrin mәlumatına görә, hökümət qüvvələri və üsyançı husilər 1-2 həftəlik atəşkəs barədə razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr