“Tramp çıxıb qəti şəkildə üzr istəməlidir”

Bundan əvvəl də Tramp müsəlmanların ABŞ-a gəlməsinin qadağan olunmasını təklif etmişdi

448683
“Tramp çıxıb qəti şəkildə üzr istəməlidir”

Amerikalı müsəlmanlar "İslam bizə nifrət edir" deyən Respublikaçı Partiyanın sədri, prezidentliyə namizəd Donald Trampa "Üzr istə" deyiblər.

Amerikalı müsəlmanları təmsil edən və aralarında Amerika İslam Əlaqələri Şurası (CAIR) ilə Amerika Birləşmiş Ştatları (ABŞ) Müsəlman Təşkilatları Şurasının da (USCMO) olduğu qeyri-hökumət təşkilatlarının nümayəndələri ortaq bəyanat yayıblar.

Amerika İslam Əlaqələri Şurasının (CAIR) sədri Nihad Avad deyib: "Tramp qəti şəkildə həm müsəlmanlardan, həm də amerikalı digər azlıqlardan üzr istəməlidir. Bundan əvvəl də Tramp müsəlmanların ABŞ-a gəlməsinin qadağan olunmasını təklif etmişdi. O, İslamın üstünə düşüb. Tramp İslama və irqçiliyə qarşı olan Amerikaya böyük zərər yetirir. O, təkcə müsəlmanları deyil, ispaniyalıları (Meksika və bəzi Latın Amerikası ölkələri xalqları nümayəndələri), qadınları və digər bəzi qrupları da xor görür. Bir namizəd kimi Trampın İslam haqqında yanlış məlumatlara malik olduğu ortadadır. O, amerikalı müsəlmanların bu ölkəyə nə qədər böyük xidmətlər etdiyini belə bilmir."

Müsəlman Təşkilatları Şurasının (USCMO) sədri Usamə Camal isə deyib: “ABŞ-ın birlik içində olması lazım olduğu bir dövrdə Tramp kimi adamlar üzündən ölkə daha çox bölünür. Tramp çıxıb qəti şəkildə: “Mənim qəsdim İslam dini deyil, insanları öldürən radikal müsəlmanlardı" deməlidir. Bu radikal müsəlmanlar ən çox elə müsəlmanları öldürür".



Әlaqәli Xәbәrlәr