Braziliyanın keçmiş prezidenti Silva hǝbs edilib

Braziliyanın keçmiş prezidenti İnasiu Lula da Silva dövlǝtǝ aid neft şirkǝti “Petrobras" ilǝ ǝlaqǝdar davam edǝn korrupsiya araşdırması çǝrçivǝsindǝ hǝbs edilib.

448477

Məlumata əsasən, prokurorluq sabiq prezidentin həyat yoldaşına qarşı da ittiham irəli sürüb.

Martın 4-də ölkənin hüquq-mühafizə orqanları tərəfindən İnasiu Lula da Silva və ailəsinə məxsus evlərdə axtarış həyata keçirilib. Axtarış əməliyyatından sonra sabiq prezident dindirilmə üçün polis idarəsinə aparılıb.

Qeyd edək ki, Braziliyanın iri neft şirkəti "Petrobras"-da korrupsiya ilə bağlı araşdırma 2013-ci ildən etibarən davam edir. 70 yaşındakı Lula da Silva isǝ ittihamları qǝbul etmir.

Әlaqәli Xәbәrlәr