Hashim Thaçi Kosovanın yeni prezidenti oldu

Kosova yeni prezidentini seçdi.

440324
Hashim Thaçi Kosovanın yeni prezidenti oldu

Xarici İşlər Naziri Hashim Thaçi parlamentdə keçirilən səsvermənin üçüncü mərhələsində səs çoxluğu ilə Kosovanın yeni prezidenti oldu.

Müxalifət deputatlarının qatılmadığı səsvermənin üçüncü mərhələsində 81 deputat səs verdi.

Hashim Thaçi 71 səslə prezident seçildi.

Qeyd edək ki, Thaci, 1998-1999-ci illərindəki Kosova Müharibəsində Kosova Qurtuluş Ordusunun siyasi liderlərindən biri kimi ön plana çıxmışdı.

Kosovanın müstəqillikdən sonra ilk baş naziri olan Thaci 2014-ci ildəki ümummilli seçkilərdən sonra qurulan koalisiya hökumətində Baş Nazir Müavini və Xarici İşlər Naziri vəzifələrini tutmuşdu.



Әlaqәli Xәbәrlәr