ABŞ-da qasırğalar nəticəsində ölənlərin sayı 6-ya çatdı

Amerika Birləşmiş Ştatlarında tüğyan edən qasırğalar nəticəsində ölənlərin sayı 6-ya çatdı.

439396
ABŞ-da  qasırğalar nəticəsində ölənlərin sayı 6-ya çatdı

İlk olaraq, ölkənin cənubundakı Louisiana, Mississipi və Florida ştatlarında, daha sonra da şərqdəki Virginiya ştatında baş verən qasırğada yaralananların da sayı çoxdur.

Fövqəladə vəziyyət elan edilən Virginiya ştatında sürəti saatda 96 kilometrə çatan qasırğa nəticəsində ağaclar aşaraq bəzi yolların bağlanmasına səbəb oldular.

Meteoroloqlar mənfi hava şəraitinin davam edəcəyi və regionda 88 milyondan çox insanın zərər görə biləcəyi barədə xəbərdarlığı edirlər.

Digər tərəfdən, ölkənin mərkəzi ştatlarında intensiv qar yağması səbəbindən bəzi yerlərdə tədris müəssisələri müvəqqəti bağlandı.

Çikaqo şəhərində bir sıra uçuş ləğv edildi.



Әlaqәli Xәbәrlәr