ABŞ prezidenti Kubaya gedir

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama, Mart ayında Kubada sǝfǝrdǝ olacaq.

434782
ABŞ prezidenti  Kubaya  gedir

Amerikan Xǝbǝr Kanalı CNN İnternationalın mǝlumatına görǝ Obamanın Kuba sǝfǝri Mart ayında reallaşacaq.

1959-cu ildǝ Kubada hǝyata keçirilǝn inqilabdan sonra, iki ölkə arasında diplomatik əlaqələrǝ son qoyulmuşdu. Ancaq ötǝn il diplomatik əlaqələrin rəsmən başlaması, iki ölkə arasındakı ǝlaqǝlǝrin normallaşmasına zǝmin yaratdı.

Obama rǝhbǝrliyinin 2014-cü ilin sonunda 50 ildǝn bǝridir Diplomatik ǝlaqǝsi olmayan və iqtisadi sanksiya tətbiq etdiyi Kuba ilə əlaqələri normallaşdırma qərarından sonra ötǝn il iki ölkənin sǝfirliklǝri yenidǝn açılmış vǝ qarşılıqlı olaraq təyyarə rǝyslǝrinin başlamasını nǝzǝrdǝ tutan razılaşma imzalanmışdı.



Әlaqәli Xәbәrlәr