Beynəlxalq cəmiyyət DEAŞA qarşı mübarizə tədbirlər görür

Daha əvvəl London, Paris və Brüsseldə keçirilən sammitinin dördüncüsü İtaliyanın paytaxtı Romada keçirildi.

426937
Beynəlxalq cəmiyyət DEAŞA qarşı mübarizə tədbirlər görür

23 ölkənin iştirak etdiyi və DEAŞ ilə mübarizənin müzakirə olunduğu toplantıda Türkiyəni Xarici İşlər Nazirliyinin Müşaviri Firudin Sinirlioğlu təmsil etdi.

Terror təşkilatının maliyyə mənbələrinin qurudulması və məhv olunması məsələsi gündəmin ilkin maddəsi idi.

Toplantıdan sonra Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi John Kerry açıqlama verdi.

Kerry Suriya və İraqda dəhşət törədən terror təşkilatı DEAŞ ilə mübarizənin uzun sürəcəyini, bu təşkilatı məhv etmək üçün dünyanın hər tərəfində mübarizənin davam edəcəyini bildirdi.

DEAŞ ilə mübarizədə Suriya böhranının əhəmiyyətinə vurğulayan Kerry: "DEAŞ-a qalib gəlmək üçün Suriya ilə müharibəyə son qoymaq istiqamətində danışıqları aparmalıyıq. Çünki yalnız bu şəkildə DEAŞ-ın bir ayağını kəsə bilərik"dedi.

DEAŞ ilə mübarizə çərçivəsində 20 min iraqlı və peşmergənin tərbiyə keçdiyini bildirən Kerry Suriya-Türkiyə sərhədindəki keçidlərin də tamamilə nəzarət altına alınmaq üzrə olduğunu dedi.

Suriyada vəziyyətin ağırlaşmasına diqqəti çəkən nazir: "Suriyada vəziyyət yaxşılaşmaqdansa, hər gün daha da pisləşir. Bu gün Suriyada 13 milyon insanın təcili köməyə ehtiyacı var və bunların 6 milyonu uşaqdır" dedi.

Terror təşkilatı DEAŞ ilə mübarizə edən ölkələrin müdafiə nazirləri gələn həftə Brüsseldə bir araya gələcəklər.



Әlaqәli Xәbәrlәr