Zika virüsü yayılmaqda davam edir

Zika epidemiyası, başda Braziliya, Peru və Çili olmaqla Cənubi və Mərkəzi Amerikanın bir çox ölkəsini təhdid edir.

425169
Zika virüsü yayılmaqda davam edir

Ağcaqanadlar vasitəsilə yayılan virusa hamilə qadınların yoluxmaları halında doğulacaq körpələrda beyin probleminin yarana bilǝcǝyi qeyd edilir.

Dünya Sağlamlıq Təşkilatı 20-dən çox ölkədə qeydǝ alınan virusun bütün qitəyə yayıla biləcəyini açıqlayıb.

Karib hövzǝsi vǝ Cənubi Amerika liderləri Braziliyanın Rio de Jenario şəhərində hǝyata keçirilǝcǝk tǝdbirlǝri müzakirǝ etmǝk üzrǝ bir araya gǝlib.

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama da Zika epidemiyasına qarşı təcili addımlar atılması haqda çağırış edib. profilaktikası və müalicəyə istiqamətli işlərin sürǝtlǝ aparılmasını istǝyib.

Digər tərəfdən virus Avropaya da yayılıb.

Cənubi və Mǝrkǝzi Amerikanı ziyarət edən Danimarkalı bir turist ilǝ İsveçrənin Cenevrə və Sürix şəhərlərində 2 nǝfǝr virusa yoluxub.

Qeyd edǝk ki, xəstəliyin diaqnozu çətindir.


Etiketlәr: #Zika , #Veirus

Әlaqәli Xәbәrlәr