Almniyadan 21 min xarici vətəndaş deportasiya edilib

Nəqliyyat naziri Angela Merkeli tənqid edib.

423628
Almniyadan 21 min xarici vətəndaş deportasiya edilib


Almniyadan 21 min xarici vətəndaş deportasiya edilib

Nəqliyyat naziri Angela Merkeli tənqid edib.

Ötən il Almaniyada 21 min xarici vətəndaş deportasiya edilib.

Ölkənin “Frankfurter Allgemeine Zeitung” qəzeti Almaniya Daxili İşlər Nazirliyindən aldığı məlumata görə, bu rəqəmin əvvəlki illərə nisbətən 2 dəfə çox olduğunu nəşr edib.

Məqalədə Tunisin Almaniyanın qəbul etmədiyi qaçqınları ölkəsinə qəbul etmək istədiyi də yazılır.

Berlində olan Tunis Daxili işlər naziri Khemales Jhinaoui “Yüz minlərlə insanın gəlməsi ilə Almaniyanın təzyiq altında olduğunu anlayırıq” deyə qeyd edərək, ölkəsinin əməkdaşlığa hazır olduğunu bildirib.

Bu arada Almaniyanın Nəqliyyat naziri Aleksandr Dobrindt, kansler Angela Merkrli apardığı miqrant siyasəti səbəbiylə tənqid edib.

Nazir Merkelin, qaçqın siyasətini dəyişdirməsini istəyib.



Әlaqәli Xәbәrlәr