Pan Gi Mun 2015-ci ili və aktual məsələləri dəyərləndirib

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun Bəşər Əsədi nəzərdə tutaraq, "Bütün Suriya böhranını və bunun həllini bir insanın taleyinə bağlamaq qəbuledilməzdir" deyib.

411982
Pan Gi Mun 2015-ci ili və aktual məsələləri dəyərləndirib

Baş katib keçirdiyi ənənəvi ilsonu mətbuat konfransında 2015-ci ili və aktual məsələləri dəyərləndirib.
Toplantıda həll olunmayan münaqişələr, fəlakətlər səbəbindən insanların köç etmək məcburiyyətində qaldığını və bunun da böhran yaratdığını vurğulayan Baş katib BMT-nin humanitar yardım məsələləri üçün gələn il 20 milyard dollara ehtiyacı olduğunu qeyd edib.
Baş katib Suriyadakı böhran məsələsinə də toxunaraq, ‘‘Beynəlxalq cəmiyyət bu ölkədə siyasi həlli təmin etmək üçün səy göstərir’’ deyib.
Suriyada siyasi həllin təmin olması üçün başlanılan Vyana prosesinə də toxunan Pan Gi Mun: "Beynəlxalq Suriya Dəstək Qrupu dekabrın 18-də Nyu Yorkda toplanacaq. Suriya Yaxın Şərq və bütün dünya üçün qanayan yaradır. Toplantının məqsədi ölkə daxilində yanvar ayında başlayacaq atəşkəs və siyasi keçid prosesi üçün diplomatik danışıq prosesini təmin etməkdir’’ deyə vurğulayıb.

Pan Gi Mun İranın nüvə proqramı məsələsinə də toxunaraq, İran rəhbərliyindən BMT-in qərarlarına riayət etməsini gözlədiyini qeyd edib.
Baş katib bir qrup ekspert tərəfindən hazırlanan, "İranın balistik raket sınağı ilə BMT-in qərarlarına əməl etməməsini ’’ bildirən hesabatı qiymətləndirib.
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 5 daimi üzvü və Almaniyanın İran ilə yayda əhəmiyyətli bir müqavilə imzaladıqlarını xatırladan Pan: ‘‘ İran hükumətindən imzalanan müqaviləyə əsasən Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının qərarlarına əməl etməsini gözləyirik’’ deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr