Merkel: "Türkiyə ilə razılaşma əldə etməyə ehtiyacımız var"

Merkel Türkiyə ilə qaçqın problemi ilə əlaqədar razılaşma əldə etmənin zəruriliyindən danışdı.

367585
Merkel: "Türkiyə ilə razılaşma əldə etməyə ehtiyacımız var"

Almaniya Baş Naziri Angela Merkel Suriyadan Avropaya qaçqın axınının həlli məsələsində Türkiyə ilə anlaşmaya ehtiyac duyulduğunu söylədi.

Merkel Münxendə etdiyi çıxışında Avropaya gələn qaçqınların sayının azaldılmasının beynəlxalq səviyyədəki bir həll ilə reallaşacağını bildiridi.

Bu böyük problemin Avropa İttifaqının zərər görmədən həll edilməsi lazım olduğunu ifadə edən Merkel mühacir sayının azaldılması üçün də Aİ-nin xarici sərhədlərinin qorunmasının əhəmiyyətinə işarə etdi.

"Bizim Türkiyə ilə razılaşma əldə etməyə ehtiyacımız var" deyən Merkel NATO üzvü və Aİ-yə namizəd olan Türkiyə ilə Yunanıstan arasındakı sərhəddə qeyri-qanuni miqrasiyanın qarşısının alınması lazım olduğunu qeyd etdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr