Fransa polisi terrorçuların tutulması üçün əməliyyatları davam

Fransa polisi Parisdə cümə günü törədilən terror atkını planlayan Abdülhamit Abbaoudun tutulması üçün Sent Denis bölgəsindəki bir binaya basqın təşkil edib.

366990
Fransa polisi terrorçuların  tutulması  üçün əməliyyatları davam

Basqın zamanı baş verən qarşıdurmada bir qadın terrorçu kamikadzenin üzərindəki bomba qurğusunu partlatması nəticəsində 2 nəfərin həyatını itirdiyi bildirilir.
Toqquşmalar zamanı çox sayda polis əməkdaşının yaralandığı da  qeyd edilib.
Polis insanların küçələrə çıxmaması ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, bölgəyə çox sayda polis ilə yanğınsöndürən cəlb olunub.
Sent Denis Bələdiyyəsi  isə  bu gün kütləvi nəqliyyat vasitələrinin çalışmayacağını və qəsəbə mərkəzindəki məktəblərin tətil ediləcəyini bildirib.
Bu arada 129 nəfərin ölümünə səbəb olan hadisəsinin təşkilatçılarından Salih Abdüselamın tutulması üçün əməliyyatlar davam edir.
Abdülselamın Belçikaya qaçdığı bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr