ABŞ, Türkiyənin PKK ilə mübarizəsinə dəstəyini davam etdirir

Mark Toner Türkiyənin PKK-ya qarşı özünü müdafiə etmək haqqı olduğunu vurğulayıb.

416833
ABŞ, Türkiyənin PKK ilə mübarizəsinə dəstəyini davam etdirir

“Türkiyə təhlükəsizlik qüvvələri beynəlxalq təhlükəsizlik istiqamətində hərəkət edir. Türkiyənin özünü və vətəndaşlarını PKK hücumlarına qarşı qorumaq haqqı var”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Mark Toner keçirdiyi mətbuat konfransında deyib.
ABŞ rəsmisi bildirib ki, Türkiyə Təhlükəsizlik Qüvvələrinin Diyarbakırın Silvan bölgəsində terror tǝşkilatı PKK-ya qarşı apardığı əməliyyatları davam etdirə bilər.
Silvanda aparılan əməliyyatlar və küçələrə çıxmaq qadağası haqqında verilən suala cavab verən Mark Toner bununla bağlı bütün xəbərləri izlədiklərini, bu mövzunun əsasən Türkiyənin mövqeyi olduğunu və Türkiyənin PKK-ya qarşı özünü müdafiə etmək haqqı olduğunu vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr